İdman

Avropa çempionatı: Eldəniz Əzizli finala vəsiqə qazandı

Avropa çempionatı: Eldəniz Əzizli finala vəsiqə qazandı

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında yarımfinal görüşünə çıxıb.

Oxu.Az-ın məlumatına görə, 55 kq-da mübarizə aparan idmançı finala gedən yolda Denis Mihayla (Rumıniya) qarşılaşıb.

Rəqibinə 9:1 hesabı ilə qalib gələn Əzizli həlledici qarşılaşmaya vəsiqə qazanıb. Onun finaldakı rəqibi Adem Uzun (Türkiyə) olacaq.

NE
Nihadə Eyyubova