Yəməndə Ramazan yardımı səbəbilə olan izdiham nəticəsində 78 nəfər ölüb, 150-dən çox insan yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə "EuroNews" məlumat yayıb.
Bildirilib ki, bir iş adamının təşkil etdiyi nağd yardımın paylanması zamanı izdiham yaşanıb.
İzdihamda 78 nəfərin öldüyü, 150-dən çox adamın isə yaralandığı açıqlanıb.
Bölgəyə dərhal polis və təcili tibbi yardım qrupları çağırılıb.
Məsələ ilə bağlı araşdırmalar aparılır.
Aysu Demokrat.az


