Türkiyədə baş vermiş zəlzələ zamanı qardaş ölkəyə yardım üçün əşya daşıması ilə məşhurlaşan Laçından olan məcburi köçkün Sərvər Bəşirli və ailə üzvləri Prezident Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğanın iftar süfrəsinə dəvət olunub.
Demokrat.az xəbər verir ki, iftar süfrəsi ötən gün axşam Ankarada Prezident Kompleksində (Cümhurbaşqanlığı külliyəsində) baş tutub.
İftar süfrəsindən sonra Sərvər Bəşirli Əminə Ərdoğanla xatirə fotosu çəkdirib.

Həsən Demokrat.az


