Polis Moskvanın şərqindəki Ağ göl ərazisində Quranı yandırmaqda şübhəli bilinən şəxsin kimliyini müəyyənləşdirir.
Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Moskva Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
“Hazırda hadisə ilə bağlı cinayət işi başlanıb. Polis əməkdaşları tərəfindən bütün halların aydınlaşdırılması, şübhəli şəxsin kimliyinin müəyyən edilərək saxlanılması istiqamətində kompleks əməliyyat-axtarış tədbirləri həyata keçirilir", - mətbuat xidmətindən bildirilib.//Oxu.az


