Gündəm

XİN İrəvanda Azərbaycan bayrağının yandırılmasını pislədi

XİN İrəvanda Azərbaycan bayrağının yandırılmasını pislədi

“Ermənistanda Ağır Atletika üzrə Avropa Çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağının yandırılmasını pisləyirik”.

Bunu Azərbaycan XİN-in sözçüsü Ayxan Hacızadə Tviterdə bildirib.

“Bu cür nifrət hərəkətinə qarşı təşkilatçılar tərəfindən heç bir təhlükəsizlik tədbirinin görülməməsi narahatedicidir. Günahkarlar müvafiq olaraq cəzalandırılmalıdır!” – diplomat vurğulayıb.

NE
Nihadə Eyyubova