Dünya Özəl

Netanyahu oğluna sosial medianı qadağan etdi

Netanyahu oğluna sosial medianı qadağan etdi

İsrailin baş naziri Benyamin Netanyahunun sosial mediada ekstremist və qalmaqallı paylaşımları ilə gündəmə gələn oğlu Yair Netanyahuya sosial media qadağası qoyduğu iddia edilib.

Demokrat.az xəbər verir ki, bu barədə iddialar İsrail mətbuatında yer alıb.

Netanyahunun sosial mediada ifrat və mübahisəli paylaşımları ilə gündəmə gələn oğlundan sosial media paylaşımlarını dayandırmasını istədiyi bildirilib.

Yairin Baş nazir Netanyahunun “mübahisəli məhkəmə qaydalarını təxirə saldığını” açıqlamasından sonra sosial mediadakı paylaşımlarına fasilə verdiyi qeyd edilib. Bildirilib ki, Yair ondan yazılarını dayandırmasını, çox diqqət və qəzəb çəkməməsi üçün tvit yazmağı dayandırmasını və sakitləşməsini tələb edən valideynlərinin xahişi ilə belə davranıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova