Dünya

Dəhşətli tıxac: Sürücülər 3 saat parkinqdən çıxa bilmədi

Dəhşətli tıxac: Sürücülər 3 saat parkinqdən çıxa bilmədi

Hadisə ötən gün Böyük Britaniyada qeydə alınıb.

Demokrat.az xəbər verir ki, Kardif şəhərində baş verən tıxac ticarət mərkəzindən çıxışı qeyri-mümkün edib. Sürücülər 3 saatadək avtomobildə gözləsələr də, heç bir irəliləyiş olmayıb. 2 minədək avtomobilin olduğu parkinqdə qalan sürücü Feysbukda yazıb: "2 saat ərzində cəmi 30 metr irəliləyə bildik".

Vəziyyətin ağır olduğunu görən sürücülərin çoxu avtomobili parkinqdə qoyaraq evə avtobusla gedib. Vəziyyət səhərə yaxın normallaşıb.

D
demokrat.az