Hadisə Özəl

Zəncirvari qəza: 12-si hərbçi olmaqla,14 nəfər yaralandı — VİDEO

Zəncirvari qəza: 12-si hərbçi olmaqla,14 nəfər yaralandı — VİDEO

Türkiyənin Əskişəhər bölgəsində sərnişin avtobusu, hərbi maşın və mülki avtomobilin bir-biri ilə toqquşması nəticəsində zəncirvari yol qəzası baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, qəza nəticəsində 12-si hərbçi olmaqla, 14 nəfər yaralanıb.

Sərnişin avtobusu Əskişəhər-Seyitqazi avtomobil yolunun yaxınlığında mikroavtobusa və Türkiyə Jandarma Komandanlığının hərbçilərini daşıyan nəqliyyat vasitəsinə çırpılıb.

Qəzadan az sonra hadisə yerinəpolis qüvvələri, Təcili Tibbi Yardım və xilasetmə qrupu gəlib.

Yaralanan 14 nəfər Təcili Tibbi Yardım maşınları tərəfindən şəhərin müxtəlif xəstəxanalarına aparılıb. 2 yaralının həyati təhlükəsinin olduğu deyilir.

Aysu Demokrat.az

D
demokrat.az