Sosial

10 il "Masterclass" — FOTOLAR

10 il Masterclass — FOTOLAR

Sürücüləri maarifləndirən ilk radio layihəsi "Masterclass" verilişinin 10 yaşı tamam olur.

Bu münasibətlə layihənin təşkilatçıları, peşəkar avtomobil ustaları, Azərbaycan avtomobil aləminin ən məşhur şirkətlərinin nümayəndələri, media mənsubları və digər qonaqlarla birgə geniş tədbir təşkil olunub.

106.3 dalğasında (Azad Azərbaycan radiosu) yayımlanan verilişin layihə rəhbəri və aparıcısı Raqif Raufoğlu qonaqlara layihənin 10 il ərzində keçdiyi inkişaf yolu haqqında qısa məlumat verib.

Eyni zamanda tədbir iştirakçıları yeni yaradılmış Master TV-də gələcək layihələr haqqında da məlumatlandırıb:

“106.3-ün dairəsindən başlayıb, Masterclass verilişinə və nəhayət Master TV-ə çevrilən layihəmizin 10 yaşı tamam oldu. İçi mən qarışıq, bir çox insanın həyatını dəyişdirən gözəl bir dövr. Ən önəmlisi isə, on minlərlə insana faydalı olduq. Cəhalət hər yerdə baş bəlası olduğu kimi, avtomobil aləmində də insanlara böyük problemlər yaşadır. Ona görə də davam edirik. Belə baxanda isə, hələ hər şey yeni başlayır.

Bu illər ərzində yolu bizdən keçən hamıya təşəkkür edirəm. Əsas olan, o dəyərli insanları qazanmaqdır”.

NE
Nihadə Eyyubova