Hadisə

Naxçıvanda iki avtomobil toqquşdu: Xəsarət alan var

Naxçıvanda iki avtomobil toqquşdu: Xəsarət alan var

Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, iki avtomobilin toqquşması bir nəfərin xəsarət almasına səbəb olub.

Hadisə zamanı 1985-ci il təvəllüdlü Culfa rayon sakini Heydərova Şəbnəm Şiraz qızı xəsarət alıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən zərərçəkənin vəziyyəti normaldır.

Faktla bağlı araşdırma aparılır.

NE
Nihadə Eyyubova