Bu gecə ilk Qədr (Əhya) gecəsidir.
Demokrat.az xəbər verir ki, bunu açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib.
Onun sözlərinə görə, ilk Qədr gecəsi aprelin 9-dan 10-na keçən gecəyə təsadüf edir: "İlk Qədr gecəsi Ramazanın 18-ci günündə olur. Bundan əlavə, Ramazanın 20 (11 aprel), 22 (13 aprel) və 26-cı günləri (17 aprel) də Qədr gecələri olacaq”.//APA


