Dünya Özəl

"Tesla" bu il 3-cü dəfə qiymətlərini endirdi

Tesla bu il 3-cü dəfə qiymətlərini endirdi

ABŞ-ın elektrikli avtomobil istehsalçısı "Tesla" ABŞ-da iki ən bahalı elektrik avtomobil modelinə tələbi artırmaq üçün bu il üçüncü dəfə qiymətləri endirib.

Demokrat.az xəbər verir ki, şirkətin saytındakı qiymət siyahılarına əsasən, Tesla Model S və Model X qiymətlərində 5000 dollar endirim edib.

Model S-in əsas versiyası 84 990 dollar, Model X isə 94 990 dollara endirilib.

Bu ilin əvvəlində Çində də qiymətləri aşağı salan "Tesla " dünyanın ən böyük elektrikli avtomobil bazarında qiymət endirimi yarışına səbəb olub.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova