Dünya Özəl

Avtomobili oğurlandı, tapıb öldürdü

Avtomobili oğurlandı, tapıb öldürdü

ABŞ-ın Teksas ştatının San Antonio şəhərində yük maşınının oğurlandığını iddia edən şəxs oğrunu öldürüb.

Demokrat.az ABŞ mediasına istinadən xəbər verir ki, Polis İdarəsi hadisənin çərşənbə günü ticarət mərkəzinin yaxınlığında baş verdiyini bildirib.

Yük maşınının sahibi avtomobilinin harada olduğunu görmək üçün "AirTag" izləmə cihazından istifadə edib.

Avtomobilin yerini təyin etdikdən sonra oraya gedib və oğrunu öldürüb.

Hadisə yerinə gedən qurumlar bir neçə giliz və şüşələri sınmış iki avtomobil aşkar ediblər.

Polis məmuru Nik Soliz bildirib ki, avtomobilləri oğurlanan insanlar problemləri özləri həll etməməli və polisə müraciət etməlidirlər:

"Əgər avtomobiliniz oğurlanıbsa, lütfən, belə hallara yol verməyin. Bu vəziyyət göründüyündən daha təhlükəlidir".

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova