Türkiyədə park edilmiş avtomobildə oturan şəxslərə silahlı basqın edilib.Hücum nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.
Bildirilib ki, 41 yaşlı Sefer Acar dostu Murat Özqan ilə park edilmiş avtomobildə əyləşib.
Bir müddət sonra avtomobilə doğru gələn naməlum şəxs tapança ilə Acar və dostuna atəş açıb. Hadisə yerinə dərhal təcili yardım və polis qrupları gəlib.
Bütün müdaxilələrə baxmayaraq, Sefer Acarı xilas etmək mümkün olmayıb.
Polis qaçan şübhəlinin tutulması üçün əməliyyata başlayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Aysu Demokrat.az


