Hadisə Özəl

SON DƏQİQƏ! Rusiya Müdafiə Nazirliyinin binasında güclü yanğın başlayıb — VİDEO

SON DƏQİQƏ! Rusiya Müdafiə Nazirliyinin binasında güclü yanğın başlayıb — VİDEO

Bu dəqiqələrdə Moskvanın mərkəzində yerləşən Rusiya Müdafiə Nazirliyinə məxsus binada güclü yanğın başlayıb.

Demokrat.az “RİA Novosti”-yə istinadla xəbər verir ki, yanğın hazırda da davam edir.

Məlumata görə, Moskvanın mərkəzində, “Znamenka” küçəsi 19 ünvanında yerləşən Rusiya Müdafiə Nazirliyinə məxsus binalardan birində baş verib.

TASS agentliyi Rusiya Fövqəladə Hallar Xidmətindəki mənbəsinə istinadla yazıb ki, güclü yanğın Rusiya Müdafiə Nazirliyinə məxsus binanın 3-cü mərtəbəsinin pəncərəsindən də aydın müşahidə olunur.

Yanğının səbəbi hələlik məlum deyil.

Xatırladaq ki, bu yaxınlarda Belqorod vilayətində də Rusiya Müdafiə Nazirliyinə məxsus hərbi obyektin ərazisində yanğın baş verib. Yanğın üç bələdiyyənin - Borisovski və Belqorod vilayətlərinin, həmçinin Yakovlevski şəhər dairəsinin sərhəddinə yayılıb.

Həsən Demokrat.az

D
demokrat.az