Bu ilin avqust ayında İstanbul-London arasında dünyanın ən uzun avtobus səyahəti baş tutacaq.
Demokrat.az xəbər verir ki, səyahət 56 gün davam edəcək.
Səyahət zamanı avtobus ümumilikdə 22 ölkədən keçəcək.
Qeyd edək ki, turun 1 nəfər üçün qiyməti 24 300 dollar təşkil edir. Tur paketinə bütün nəqliyyat, vizalar, bələdçi xidməti, gündəlik səhər yeməyi, nahar və şam yeməyi, eləcə də oteldə yerləşmə daxildir.
Aysu Demokrat.az


