İndoneziyanın Şimali Sumatra əyalətində güclü yanğın baş verib.
Demokrat.az xarici KİV-lərə istinadən xəbər verir ki, kibrit çöplərinin istehsal olunduğu kiçik fabrikdə qeydə alınan yanğın zamanı 3-ü uşaq olmaqla, azı 30 nəfər həyatını itirib.
Yanğın nəticəsində fabrik tamamilə sıradan çıxıb.
Alovun yayılmasının qarşısını almaq üçün yanğınsöndürənlər cəlb edilib. Hadisənin səbəbləri araşdırılır.(Redaktor.az)


