Gündəm

Ali Məhkəmənin yeni hakimi İnam Kərimov kimdir? — DOSYE

Ali Məhkəmənin yeni hakimi İnam Kərimov kimdir? — DOSYE

Kənd təsərrüfatı naziri vəzifəsində çalışan İnam Kərimov Milli Məclisin bu gün keçirilən iclasında Ali Məhkəmənin hakimi təyin edildi.

Demokrat.az xəbər verir ki, İnam Kərimov 6 iyun 1977-ci ildə Bakı şəhərində anadan olub. 1984-1994-cü ildə S.C.Pişəvəri adına Bakı şəhərində Humanitar fənlər Gimnaziyasında təhsil alıb.

1994-1995-cü ildə ABŞ-ın İndiana ştatında "Richmond High School"da təhsilini davam etdirib.

1995-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə qəbul olunub.

1998-2000-ci ildə Fransanın Strasburq Universitetində Hüquq üzrə bakalavr təhsili alıb.

2000-2002-ci ildə Sorbonna Universitetində hüquq üzrə magistr təhsili alıb.

2013-cü ildə Sorbonna Universitetində hüquq üzrə doktor (docteur en droit) elmi dərəcəsi alıb.

Əmək fəaliyyətinə gəldikdə Kərimov 2004-2012 Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Hüquq mühafizə orqanları ilə iş şöbəsində referent, böyük məsləhətçi və baş məsləhətçi vəzifələrində çalışıb.

2005-2012-ci illərdə Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının katibi olub.

2005-2012-ci illərdə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupunda (GRECO) Azərbaycan Respublikasının nümayəndə heyətinə rəhbərlik edib.

2012-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 7 sentyabr 2012-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilib.

2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamı ilə kənd təsərrüfatı naziri təyin olunub və hazırda da həmin vəzifədə çalışır.

O eyni zamanda Azərbaycan Ağır Atletika Federasiyasının prezidentidir.

İnam Kərimov ingilis, fransız, fars və rus dillərini bilir. Evlidir, iki övladı var.

Ali Məhkəmənin yeni hakimi İnam Kərimov kimdir? — DOSYE
Ali Məhkəmənin yeni hakimi İnam Kərimov kimdir? — DOSYE

D
demokrat.az