Hadisə

İndoneziya sahillərində güclü zəlzələ baş verib

İndoneziya sahillərində güclü zəlzələ baş verib

Bazar ertəsi İndoneziya sahillərində 6,1 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 100 minə yaxın insanın yaşadığı Padanqsidempuan şəhərindən 60 km cənub-qərbdə yerləşib. Mənbə 90 km dərinlikdə olub.

İtkilər və dağıntılar barədə məlumat verilməyib. Həmçinin, sunami xəbərdarlığı edilməyib.

NE
Nihadə Eyyubova