Hadisə Özəl

Rusiyada güclü zəlzələ baş verdi

Rusiyada güclü zəlzələ baş verdi

Aprelin 3-ü səhər saatlarında Rusiyanın Petropavlovsk-Kamçatski vilayətində 6,9 bal gücündə zəlzələ baş verib.

Demokrat.az xəbər verir ki, bu barədə Kamçatka vilayətinin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, zəlzələnin ocağı yerin 100 kilometr dərinliyində olub. Zəlzələ nəticəsində şəhərin bəzi hissələri işıqsız qalıb.

Məlumata görə, yeraltı təkanlar insanlar arasında çaxnaşmaya səbəb olub. Yüzlərlə insan küçələrə axışıb.

Zəlzələ nəticəsində bəzi binalara ciddi ziyan dəyib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova