Hadisə Özəl

Millət vəkilliyinə namizəd olur — AKP-dən TƏKLİF ALDI...

Millət vəkilliyinə namizəd olur — AKP-dən TƏKLİF ALDI...

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan xalqının böyük rəğbətini qazanan "CNN Türk" telekanalının tanınmış jurnalisti Fulya Öztürk Türkiyədə keçiriləcək parlament seçkilərində namizədliyini irəli sürəcək.

Demokrat.az xəbər verir ki, bu barədə tanınmış jurnalist İsmayıl Saymaz açıqlama verib.

Onun sözlərinə görə, bu yaxınlarda hakim Ədalət və İnkişaf Partiyasından (AKP) Fulya Öztürkə sözügedən partiyadan millət vəkilliyinə namizəd olması üçün təklif göndərilib.

Fulya Öztürkün həmin təklifi qəbul edib-etməməsi barədə hələlik heç bir məlumat verilməyib.

Xatırladaq ki, hazırda "CNN Türk" telekanalında özəl xəbərlər departamentinə rəhbərlik edən Fulya Öztürk Suriyada vətəndaş müharibəsi, Rohinca soyqırımı və 2020-ci ilin 44 günlük Vətən müharibəsində operativ jurnalist fəaliyyəti ilə tanınır.

Həsən Demokrat.az

D
demokrat.az