İdman

Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş rayon birinciliyi keçirilib — FOTOLAR

Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş rayon birinciliyi keçirilib — FOTOLAR

02 aprel 2023-cü il tarixdə Salyan rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Salyan şəhəri Tale Davudzadə küçəsində yerləşən Boks idman zalında 2023 -Heydər Əliyev İli çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş boks idman növü üzrə açıq rayon birinciliyi keçirilmişdir. Birincilikdə Neftçala və Salyan rayon komandalarından olan idmançılar iştirak etmişdir.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə çıxış edən Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov idmançıları salamlayaraq bildirdi ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bütün dövrlərdə hər bir xalqın tarixində onun xilaskarı kimi dərin izlər qoyan və xalqın fəxrinə çevrilən dahi şəxsiyyətlər olmuşdur. Azərbaycan xalqının da tarixində xilaskar kimi böyük fəxrlə yad etdiyimiz dahi şəxsiyyət Ulu öndərimiz Heydər Əlirza oğlu Əliyevdir.

Sonra çıxış edən boks idman növü üzrə məşqçi müəllim Fəxrəddin Quliyev bildirdi ki, yarışın keçirilməsində əsas məqsəd rayoda boks idman növünün inkişafı və kütləviliyinə nail olunmaq. Perspektivli idmançıları aşkara çıxarılmasından ibarətdir.

Daha sonra çıxış edən boks idman növü üzrə məşqçi müəllim Əlipaşa Bağırov bildirdi ki, Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizdə İdmanın inkişafı, gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi məsələləri dövlət siyasətinin mühüm qollarından birinə çevrildi. Bədən tərbiyəsi və idman sahəsində ciddi irəliləyiş təmin olundu.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra açıq rayon birinciliyinə start verildi. Sonda I ,II , III yeri tutmuş idmançılar Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olundular.

Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş rayon birinciliyi keçirilib — FOTOLAR
Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş rayon birinciliyi keçirilib — FOTOLAR
Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş rayon birinciliyi keçirilib — FOTOLAR

NE
Nihadə Eyyubova