Hadisə

Şimali Qafqazda zəlzələ oldu

Şimali Qafqazda zəlzələ oldu

Rusiyanın Şimali Qafqaz bölgəsində yerləşən Stavropol diyarının mərkəzi Pyatiqorskdan 99 km məsafədə 4,3 maqnitudalı zəlzələ olub.

“Report”xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar saat 18:03-də 15 km dərinlikdə qeydə alınıb.

Yerli KİV-dəki məlumata görə, yeraltı təkanlar Kislovodsk, Georgiyevsk, Yessentuki və Mineralnıye Vodıda hiss olunub.

NE
Nihadə Eyyubova