Hadisə Özəl

Vətəndaş "Azəriqaz"a hədə-qorxu gəldi

Vətəndaş Azəriqaza hədə-qorxu gəldi

Bir müddət öncə keçirilən "Açıq qapı" aksiyasında qaz xətti ilə bağlı müraciət edən abonent "Azəriqaz" İB-ə hədə-qorxu mesajları göndərib.

Demokrat.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev keçirilən brifinqdə çıxışı zamanı bildirib.

O deyib ki, vətəndaş maddi sıxıntıya görə müraciət etməsinə baxmayaraq, daha sonra qeyri-etik formaya əl atıb:

"Aksiya zamanı abonent maddi sıxıntısı olduğunu və qaz xətti ilə bağlı problem yaşadığını bildirib. Daha sonra məlum olub ki, abonentin tələb etdiyi bundan qat-qat böyük məsələlərdir. Buna görə də vətəndaş son yol olaraq birliyə hədə qorxu gəlməyə çalışıb. Bu tip hallar yolverilməzdir".

Vətəndaş Azəriqaza hədə-qorxu gəldi

Aysu Demokrat.az

D
demokrat.az