Ötən gün Göyçayda baş verən zəncirvari yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.
Demokrat.az xəbər verir ki, video sosial şəbəkədə paylaşılıb.
Belə ki, VAZ-2107 markalı avtomobilin işıqforun yaşıl işığından və yolayrıcının keçilməsi qaydasını pozub.
Bu zaman yolayrıcına daxil olan “Mercedes” əvvəlcə həmin nəqliyyat vasitəsinə, daha sonra isə yol kənarında dayanan VAZ-2104 markalı avtomobilə çırpılıb.
VAZ-2104 də öz növbəsində park halında olan “Hyundai” markalı avtomobilə çırpılıb. Qəza zamanı xəsarət alanların olduğu bildirilir. Avtomobillərə ciddi maddi ziyan dəyib.
Həmin görüntüləri təqdim edirik:


