Rusiya dövləti Ermənistana sərt xəbərdarlıq edib.
Demokrat.az xəbər verir ki, bu barədə Rusiyanın rəsmi xəbər agentliyi "RİA" məlumat yayıb.
Xəbərdarlıqda qeyd olunur ki, Ermənistan dövləti Rusiya prezidenti Vladimir Putinin həbsinə order verən Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olmamalıdır.
Daha sonra deyilir ki, Ermənistan Haaqada yerləşən Beynəlxalq Cinayət Məhkəməsinə üzv olmaq üçün proseslərə başlayıb.
Rusiya Xarici İşlər Nazirliyindəki mənbə Ermənistanın məhkəmənin üzvlərindən biri olmasının “qəbuledilməz” olduğunu bəyan edib.
Eyni zamanda, bu addımın ikitərəfli münasibətlərdə “çox ciddi ağır nəticələri” olacağı vurğulanıb.
Aysu Demokrat.az


