Dünya Özəl

Ümrə ziyarətlərinə məhdudiyyət qoyuldu

Ümrə ziyarətlərinə məhdudiyyət qoyuldu

Səudiyyə Ərəbistanı Ramazan ayında Ümrə ziyarətləri ilə bağlı məhdudiyyətlər tətbiq edir.

Demokrat.az xəbər verir ki, yeni qaydaları ictimaiyyətə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi açıqlayıb.

Nazirlikdən verilən açıqlamada Ramazan ayında hər kəsə yalnız bir dəfə ümrə ziyarətinə icazə veriləcəyi bildirilib.

Nazirlik bu qərarın Ramazan ayında Ümrəni ziyarət etmək istəyən hər kəsin rahatlığına və daha çox insanın ziyarətə getməsinə şərait yaradılması üçün edildiyini vurğulayıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova