Ermənistanda Spitakdan 4 km şimal-şərqdə zəlzələ olub.
Bu barədəErmənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Nazirlik xəbər verir ki, maqnitudası 3,0, ocağının 10 km dərinliyi olan yeraltı təkanlar yerli vaxtla saat 18:54-də qeydə alınıb.
Episentrdə güc 4 bal olub.
Zəlzələ Lori rayonunun Spitak, Stepanavan və Vanadzor, həmçinin Şirakamut, Arjut, Lernapat və Şahumyan kəndlərində 3-4 bal gücündə hiss olunub.


