Region

İranın cənubunda zəlzələ baş verib

İranın cənubunda zəlzələ baş verib

Bu gün İranın cənubunda 4,6 böyüklüyündə zəlzələ qeydə alınıb.

Demokrat.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 22 700 nəfər əhalisi olan Bəndər-Lengə şəhərindən 48 km şimal-şərqdə və 88 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.//APA

D
demokrat.az