Hadisə

Gəndob-Yalama yolundakı qəzada ölən və yaralanan şəxslərin kimliyi açıqlandı

Gəndob-Yalama yolundakı qəzada ölən və yaralanan şəxslərin kimliyi açıqlandı

Gəndob-Yalama yolunda “KaMaz”la “TIR”ın toqquşması nəticəsində ölən və yaralanan şəxslərin kimliyi məlum olub.

“Report”un xəbərinə görə, qəzada hər iki sürücü- Dağıstan Respublikası vətəndaşı, 1986-cı il təvəllüdlü Nəriman Ramazanov və Şabran rayon Rəhimli kənd sakini, 1972-ci il təvəllüdlü Ayaz İskəndərov ölüblər, sərnişin Əmirxanlı kənd sakini Elçin Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki,Şabranda ikiyük maşını toqquşub.

Qəzanəticəsində ikinəfər ölüb, birnəfər yaralanıb.

NE
Nihadə Eyyubova