Dünya Özəl

Liviyada 2,5 ton uran yoxa çıxdı

Liviyada 2,5 ton uran yoxa çıxdı

Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Atom Enerjisi Agentliyi Liviyada təxminən 2,5 ton uran filizinin itdiyini açıqlayıb.

Demokrat.az xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Rafael Grossi bildirib ki, ölkəyə səfər edən müşahidəçilər gizli bir yerdə 10 barel uranın itdiyini bildiriblər.

İtirilmiş uran radioloji təhlükə ilə yanaşı, nüvə təhlükəsizliyi baxımından da narahatlıq yaradır. Direktor həmçinin itirilmiş uranla bağlı daha ətraflı məlumat toplamağa çalışacaqlarını açıqlayıb.

. Qeyd edək ki, uranın hansı vaxtdan yox olması məlum deyil.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova