Hadisə

Bakı-Ağstafa marşrutu üzrə əlavə qatar reysi olacaq: Qrafiki açıqlandı

Bakı-Ağstafa marşrutu üzrə əlavə qatar reysi olacaq: Qrafiki açıqlandı

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Novruz bayramı ilə əlaqədar Bakı-Ağstafa marşrutu üzrə artmaqda olan sərnişin tələbatını qarşılamaq məqsədilə 20 mart tarixinə əlavə reys təyin edir.

Bu barədə Demokrat.az-a “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.

Məlumata görə, həmin tarixdə Bakı Dəmiryol Vağzalından saat 08:25-də yola düşən qatar mənzilbaşına saat 13:20-də çatacaq.

Ənənəvi qrafik üzrə isə hər gün saat 08:45-də Bakıdan Ağstafaya yola düşən qatar saat 13:40-da təyinat nöqtəsinə çatacaq.

D
demokrat.az