Braziliyanın Amazonas əyalətinin mərkəzi olan Manaus şəhərində yağan güclü leysan yağışları torpaq sürüşmələrinə səbəb olub.
Demokrat.az xəbər verir ki, təbii fəlakət nəticəsində hələlik 4-ü uşaq olmaqla 8 nəfər həyatını itirib.
Şəhərin şərqindəki məhəllədə 11 evin torpaq altında qaldığı bildirilir.
Ərazidə axtarış-xilasetmə işlərinin davam etdiyi deyilir.
Xatırladaq ki, ötən ay Sao Paulo əyalətində yağan güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 65 nəfər həyatını itirib.
Aysu Demokrat.az


