Türkiyənin Şanlıurfa bölgəsində oyun oynayarkən qaya parçasının altında qalan 11 yaşlı uşaq ağır xəsarətlərlə aparıldığı xəstəxanada dünyasını dəyişib.
Demokrat.az xəbər verir ki, bu barədə "Habertürk" məlumat yayıb.
Məlumata görə, küçədə oyun oynayan uşaqlar qayanın üstünə çıxıblar. Bu zaman qoparaq hərəkət edən qayanın altında qalan uşaq ağır yaralanıb.
Hadisədən az sonra xəstəxanaya aparılan azyaşlı həkimlərin müdaxiləsinə baxmayaraq xilas oluna bilməyib.
Aysu Demokrat.az


