Şəmkir rayonunda arvadını qətlə yetirməkdə təqsirli bilinən Mahəddin Atakişiyevin cinayət işi üzrə məhkəmə başlayır.
Demokrat.az xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Elmin Rüstəmovun icraatına verilib. Məhkəmənin hazırlıq iclası martın 17-nə təyin olunub.
Qeyd edək ki, Şəmkir rayonu, Könüllü kənd sakini Aynurə Orucova ötən il dekabrın 7-də qətlə yetirilib.
Məlum olub ki, Mahəddin Atakişiyev aralarında yaranmış mübahisə zamanı arvadı Aynurə Orucovaya bıçaqla xəsarətlər yetirərək onu öldürüb.
Mahəddin Atakişiyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Fariz Məlikli Demokrat.az


