Sosial Özəl

Nazir müavini: "Təəssüflər olsun ki, su qıtlığı yaşanır"

Nazir müavini: Təəssüflər olsun ki, su qıtlığı yaşanır

“Bizim su istifadəçilərindən gözləntilərimiz böyükdür"

Demokrat.az xəbər verir ki, bu sözləri Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov çıxışı zamanı bildirib.

Vüqar Kərimov son 3 ilin ölkə üçün quraqlıq kimi qiymətləndirildiyini deyib:

"Son illərdə su qıtlığının yaşanması yağıntıların azalması ilə də əlaqədardır. Təəssüflər olsun ki, su qıtlığı yaşanır. Bu səbəbdən ciddi tədbirlər görülməlidir. Hər bir vətəndaş məsuliyyətli olmalıdır. Su ehtiyatlarımızın bölgüsü düzgün şəkildə yerinə yetirilməlidir. Su istifadəçilərindən gözləntilərimiz böyükdür".

Aysu Demokrat.az

D
demokrat.az