Hadisə

Bakıda silahlı insidentdə yaralananların kimlikləri AÇIQLANDI — YENİLƏNİB (VİDEO)

Bakıda silahlı insidentdə yaralananların kimlikləri AÇIQLANDI — YENİLƏNİB (VİDEO)

Bakıda silahlı insident zamanı xəsarət alanların kimlikləri məlum olub.

DİN-dən Demokrat.az-a verilən məlumata görə, xəsarət alanlar - 2002-ci il təvəllüdlü Fəqan Rəhimli, 1983-cü təvəllüdlü Tamerlan Hüseynovdur. Onlar xəstəxanaya çatdırılıblar.

15:21

Bakıda silahlı insidentlə bağlı yeni məlumat üzə çıxıb.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, yaralananlardan ikisi təxminən 20-25 yaşlarında olan oğlandır. Onların hər ikisi ayaq nahiyəsindən güllə yarası alıb.

Yaralılar təcili tibbi yardım avtomobili ilə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdiriliblər.

TƏBİB-dən verilən məlumata görə, baş verən hadisə ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.

Əlavə məlumat veriləcək.

14:57

Bakıda silahlı insidentin baş verdiyi ərazidən görüntülər yayılıb.

Oxu.Az-ın əldə etdiyi görüntülərdə iki nəfərin qan içində yerdə uzandığı əks olunub.

Həmçinin videoda polislərin hadisə yerində olduğu görünür.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, silahlı şəxs hadisə yerindən qaçıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nəsimi rayonunda üç nəfərin odlu silahdan açılan atəşdən yaralanması barədə polisə məlumat daxil olub.

14:45

Bakıda silahlı insident olub.

Oxu.Az xəbər verir ki, hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

İnsident zamanı silahlı şəxs və şəxslərin iki nəfəri güllələdiyi iddia edilir.

DİN Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, hadisə yerinə polis briqadası cəlb edilib.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Araşdırma aparılır.

D
demokrat.az