Moskvada Türkiyə, Rusiya, İran və Suriya xarici işlər nazirlərinin görüşü planlaşdırılır.
Demokrat.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Moskvada Türkiyə, Rusiya, İran və Suriya xarici işlər nazirlərinin görüşünə hazırlıq gedir. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çərşənbə günü Ankarada iranlı həmkarı ilə keçirdiyi mətbuat konfransında deyib.
"Xarici işlər nazirinin müavini Moskvaya gedəcək. Bu görüşdə İran tərəfi də iştirak edəcək. Artıq növbəti mərhələdə, hamımız üçün əlverişli vaxtda xarici işlər nazirlərinin görüşü keçiriləcək. Gələn həftə dördtərəfli Texniki nümayəndə heyətlərinin görüşü Moskvada keçiriləcək - belə bir dəvət almışıq, iştirak edəcəyik”, - Çavuşoğlu bildirib.


