Kriminal Özəl

Həbsxanada tanış oldular, azadlığa çıxıb oğurluq etdilər

Həbsxanada tanış oldular, azadlığa çıxıb oğurluq etdilər

Oğuz rayonunda oğurluq etməkdə təqsirləndirilən Elbrus Həsənov, Araz Hüseynov və Hümmət Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az-ın məlumatına görə, toplanan cinayət işi materialları baxılması üçün Oğuz Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Səadət. Zeynalovanın icraatına verilib. Məhkəmənin hazırlıq iclası martın 14-nə təyin olunub.

Qeyd edək ki, E.Həsənov, A.Hüseynov və H.Məmmədov oğurluq məqsədilə Bakı şəhərindən Oğuza gedərək dostlar burada niyyətlərini həyata keçirdikdən sonra “Mercedes” markalı avtomobili qaçıraraq Bakı şəhərinə gediblər.

Saxlanılan şəxslər müxtəlif cinayətlər etdikləri üçün əvvəllər məhkum ediliblər və cəzaçəkmə müəssisəsində tanış olublar. Azadlığa çıxandan sonra isə yenidən birlikdə oğurluqlar ediblər. Hər üç şəxsə qarşı 177.2.1-ci maddəsi ilə ittiham irəlisürülüb.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az