Hadisə

Qusarda FACİƏ: 43 gün komada qalan qadın öldü

Qusarda FACİƏ: 43 gün komada qalan qadın öldü

Qusarda qeysəriyyə əməliyyatı olunan qadın 43 gün komada qaldıqdan sonra ölüb.

"Report"un Şimal bürosu xəbər verir ki, Quba rayonu, Digah kənd sakini, 1993-cü il təvəllüdlü Neymətova Aygün Əfqan qızı yanvarın 23-də Qusar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə ikinci övladını dünyaya gətirmək üçün yerləşdirilib.

Həmin tarixdə qeysəriyyə əməliyyatı ilə körpəsi dünyaya gəlib.

Daha sonra A.Neymətovaya beyin ödəmi diaqnozu qoyularaq reanimasiya şöbəsinə yerləşdirilib.

NE
Nihadə Eyyubova