Region Özəl

Ruslar silahsız Ukrayna əsgərini güllələdilər

Ruslar silahsız Ukrayna əsgərini güllələdilər

Rusiya əsgərlərinin silahsız ukraynalı əsgəri güllələməsi ilə bağlı videogörüntülər ortaya çıxıb.

Demokrat.az xəbər verir ki, bu barədə İHA məlumat yayıb.

Mğlumata görə, Ukrayna əsgərinin son sözü “Ukrayna üçün qələbə” olub.

Rusiya-Ukrayna müharibəsi davam edərkən rus əsgərlərinin silahsız ukraynalı əsgəri güllələyərək öldürməsinin görüntüləri sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Kütləvi reaksiyaların gəldiyi kadrlarda rus əsgərlərdən birinin “onu videoya çək” dediyi, daha sonra silahsız əsgərin “Ukraynaya qələbə” dedikdən sonra güllələndiyi görülüb.

Sözügedən ukraynalı əsgərin kimliyi, görüntülərin nə vaxt və harada qeydə alındığı hələlik məlum deyil.

Ukrayna Prezident Aparatının rəhbəri sosial media hesabından verdiyi açıqlamada görüntülərə reaksiya göstərərək, “hərbi əsir öldürmək, Rusiya Federasiyasının başqa bir hərbi cinayətidir. Bunlar Kremlin təbliğatının “nasistlər” haqqında mifləri ilə əsaslandırdığı metodik terror siyasətinin elementləridir. Bu da onların milli zəifliyinin nümunəsidir. Hər bir belə hərbi cinayət cəzalandırılacaq. Heç kim ədalətdən qaça bilməz. Biz onların hamısını tapacağıq”-deyə bildirib.

Aysu Demokrat.az

D
demokrat.az