Bu gün Yel çərşənbəsini də yola saldıq. Artıq sonuncu çərşənbə və Novruz bayramına sayılı günlər qalıb. Dolayısı ilə bayram bazarlığının vaxtı da yetişib. Bazarlıq üçün isə alıcıların qarşısında bir neçə seçim var: bazar, market. Lakin bazarlarda qiymətlər əhalinin büdcəsinə uyğun deyil.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda istehsalın zəif olması və istehsal sahələrin az olması kifayət qədər ciddi problemlər yaradır.
Onun sözlərinə görə, bu problem nəticəsində məhsullar az istehsal olunur:
"Əgər bir məhsul az istehsal olunur və ixrac olunursa, o zaman qiymətlər də artım olur. Çünki rəqabət olmadığı üçün də qiymətlər artır. Bunun klassik çıxış yolu istehsalın stimullaşdırılması, artırılması, rəqabətin genişləndirilməsindən keçir. Açığı, bunun başqa yolu yoxdur. Bundan başqa gömrük rüsumları və vergilərin azaldılmasına ehtiyac var. Çünki onlar azadılarsa qiymətlər də düşəcək. Bu da yerli istehsalçılara ziyan vuracaq. Ona görə də, bazarlarda qiymətlər bu qədər bahaçılıq müşahidə olunur". 
“Bayram ərəfəsində istehlak olunan məhsullar qida təyinatlı olur. Bu il isə məhsulların qiymətləri keçən illə müqayisədə rəsmi rəqəmlərə görə, 17,5 faiz artıb. Qeyri-rəsmi qiymətləndirmədə bu daha çoxdur ki, bu da alıcılıq qabiliyyətinə təbii ki, təsir göstərəcək. Bu gün ölkəmizdə bir çox məhsullar idxal olunur və olunduğu üçün də əvvəlki dövrlərə nisbətən 15-20 faiz bahalaşma var. Hesab edirəm ki, bu il bayram süfrələri daha zəif olacaq”.
Aynurə Demokrat.az


