Hadisə

Hacıqabulda zəlzələ olub

Hacıqabulda zəlzələ olub

Azərbaycanda zəlzələ olub.

Bu barədə Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Saat 20:12-də Şirvan stansiyasından 30 km şimal-qərbdə Hacıqabul rayonunda 3,1 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ ocağı yerin 2 kilometr dərinliyində baş verib.

Yeraltı təkanlar hiss olunmayıb.

NE
Nihadə Eyyubova