Bu gün Binəqədidə sexdə baş vermiş partlayışla əlaqədar prokurorluqda araşdırma aparılır.
Demokrat.az xəbər verir ki, Binəqədi rayon prokurorluğundan verilən məlumata görə, martın 4-ü saat 10 radələrində Binəqədi rayonu ərazisində yerləşən təkər təmiri sexində 1982-ci il təvəllüdlü Pərviz Dadaşovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Hadisənin hava təzyiqi işləyən cihazın partlaması nəticəsində baş verməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.//apa


