Hadisə Özəl

Ölən erməni əsgərinin valideynləri Gümrü-İrəvan yolunu bağladı

Ölən erməni əsgərinin valideynləri Gümrü-İrəvan yolunu bağladı

Ötən il Ermənistanın Sünik bölgəsində yerləşən hərbi hissədə baş vermiş yanğın zamanı ölən hərbiçi Palyan Poghosyanın valideynləri etiraz edərək, Gümrü-İrəvan avtomobil yolunu bağlayıb.

Demokrat.az xəbər verir ki, etiraza səbəb Palyan Poghosyanın valideynlərinin Ermənistanın müdafiə naziri Suren Papikyanın qəbulun düşə bilməməsidir.

Palyan Poghosyanın atası Jivan Poghosyan Ermənistanın "NEWS.am" açıqlamasında bildirib ki, müdafiə naziri Suren Papikyan aylardır onları qəbul etmir.

Jivan Poghosyan əlavə edib ki, Ermənistan hökumətinin biganə münasibəti nəticəsində onun 19 yaşlı əsgər oğlu 2022-ci ildə yanaraq, 10 gün sonra xəstəxanada vəfat edib.

Onun sözlərinə görə, erməni həkimlər istəsəydilər, Palyan Poghosyanın həyatını xilas edə bilərdilər.

Jivan Poghosyan şikayətləri dinlənilmədiyi təqdirdə, yenə də etiraz addımları atacaqlarını deyib.

Həsən Demokrat.az

D
demokrat.az