"Həqiqətən də, acı xəbər bütün xalqımızı, cəmiyyətimizi sarsıtdı. Hacı Şahin Azərbaycan cəmiyyəti üçün çox dəyərli şəxsiyyətlərdən biri idi. Tanıdığımız ilk gündən bu günə ancaq islam yolunda gənclərimizin maariflənməsində əlindən gələn bütün addımlarını atmışdır".
Bu fikirləri Demokrat.az-a açıqlamasında ilahiyyatçı Hacı Atif İsmayılov deyib.
"Ölüm haqdır, hər kəs dadacaq. Amma bizim cəmiyyətimiz üçün həqiqətən də böyük itkilərdən biridir. Səhərdən biz xəbəri alandan prosesləri izləyirik. Hər kəs bu insandan vəfat etməsiylə bağlı xəbəri paylaşır və hər kəsi bu xəbər sarsıtdı. Allahdan yaxınlarına səbr diləyirəm. Allah qəni-qəni rəhmət etsin. Məkanı cənnət olsun. Həqiqətən bizim üçün ağır itkidir. Qəbri nurla dolsun!".
Nəzrin Demokrat.az


