Gündəm

Hacı Şahin dəfn edildi — YENİLƏNİB (VİDEO)

Hacı Şahin dəfn edildi — YENİLƏNİB (VİDEO)

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli dəfn olunub.

Demokrat.az xəbər verir ki, mərhum “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, qohumları, yaxınları və din xadimləri iştirak ediblər.

Qeyd edək ki, Hacı Şahin Həsənli gecə saatlarında ürəktutmasından dünyasını dəyişib.
D
demokrat.az