Dünya Özəl

Amazon cəngəlliyində itdi, 31 gün sonra sağ tapıldı

Amazon cəngəlliyində itdi, 31 gün sonra sağ tapıldı

Boliviyada bir kişi Amazon cəngəlliklərində itdikdən 31 gün sonra sağ tapılıb.

Demokrat.az BBC-yə istinadən xəbər verir ki, 30 yaşlı Conattan Akosta Boliviyanın şimalında dörd dostu ilə ova çıxarkən itkin düşüb.

Akosta vəhşi heyvanlarla rastlaşdığını, ayaqqabısına yığdığı yağış suyunu içərək, qurd və böcək yeyərək sağ qaldığını bildirib.

Qeyd etmək lazımdır ki, Akosta itdikdən sonra, onun dostları və yerli xilasetmə qrupları axtarışa cəlb olunub. Məhz bir ay davam edən axtarışlardan sonra Akostanı sağ tapmaq mümkün olub.

Aysu Demokrat.az

D
demokrat.az