Kriminal Özəl

“Oba Market”dən içki oğurlayan kişi həbs edildi

“Oba Market”dən içki oğurlayan kişi həbs edildi

Bakının Yasamal rayonunda marketlərdən birindən oğurluq edən şəxsin barəsində inzibati qaydada cəza tədbiri görülüb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, oğurluq hadisəsi Yasamal rayonu ərazisində yerləşən “Oba Market”də baş verib.

Belə ki, 1982-ci il təvəllüdlü Elman (ad şərti verilib – red.) Oba Market”dən 1 ədəd spirtli içki olan viski və 6 ədəd siqaret qutusunu oğurlayıb . Bununla da marketə 68 manat məbləğində maddi ziyan vurub.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci (xırda talama) maddəsi ilə inzibati qaydada protokol yazılıb.

Yasamal rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az