Sosial

Xocalı Avropadakı soyqırımlardan fərqlənmir — FOTO

Xocalı Avropadakı soyqırımlardan fərqlənmir — FOTO

"Xarı Bülbül Dünya Azərbaycanlıları Mədəniyyət Assosiyası" Polşanın Krakov şəhərində "Soyqırım və insanlığa qarşı törədilmiş cinayətlər" mövzusunda elmi konfrans təşkil etmişdir.

Konfransda "Holokost", "Xocalı soyqırımı", "Srebrenitsa qətliamı", "Katin qırğını" haqqında elmi araşdırmaların təqdimatı keçirilmişdir. Hadisələrin tarixi, oxşar və fərqli cəhətləri barədə müzakirələr aparılmışdır.

Akademik dairələrin qatıldığı müzakirələrdə Xocalı soyqırımının bəşəriyyətə qarşı törəilmiş bir cinayət kimi Avropadakı qətliamlarla eynilik təşkil etdiyi barədə məlumat verilmiş və bu istiqamətdə maarifləndirmə işlərinin davamlı aparıldığı vurğulanmışdır.

Konfransa ADA Universitetinin professoru Ceyhun Rzayev, Varşava Dövlət Universitenin professoru Nərgiz Axundova, Adam Miskevic Universitetinin professoru Eva Domanska və Azərbaycanın Polşadakı səfirliyinin nümayəndələri iştirak etmişdir.

D
demokrat.az